Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Gürcüstanın baş naziri - sabah Azərbaycana gələcək

Gürcüstanın baş naziri Giorgi Qaxaria oktyabrın 9-da Azərbaycana rəsmi səfər edəcək.

Yenixeber.org:  Azərbaycana səfər G.Qaxarianın baş nazir vəzifəsində ilk xarici səfəri olacaq.

Gürcüstanın hökumət başçısı Azərbaycanda bir sıra görüşlər keçirəcək. Görüşlərdə Gürcüstan-Azərbaycan münasibətləri və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Gürcüstan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, G.Qaxarianın baş nazir kimi ilk səfərləri qonşu ölkələrə olacaq: "Baş nazir ilk olaraq Gürcüstan üçün xarici siyasət və ticari-iqtisadi sahələrdə böyük əhəmiyyət kəsb edən tərəfdaş ölkələrə səfər edəcək".

Azərbaycandan sonra hökumət başçısının Ermənistan, daha sonra isə Türkiyəyə səfərləri planlaşdırılıb.

Qeyd edək ki, G.Qaxaria bu ilin sentyabrın 8-də qonşu ölkənin baş naziri təyin olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam