Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ölkəmizdə poçt şöbələri kredit verəcək

 

Azərbaycanda geniş şəbəkəyə malik olan poçt şöbələrinin müştərilərə mikrokreditlərin verilməsi və onların ödənilməsi baxımından əlverişli bir mexanizmdir

Artıq poçt şöbələrinin istehlakçılara kredit verməsilə bağlı müvafiq pilot layihə hazırlanıb.
 
"Xeberinfo.com":  Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov bildirib.
 
“Poçtların kredit verməsilə bağlı pilot layihə hazırlamışıq, bank siyasəti dövlətin, həmçinin tənzimləyici orqan kimi Mərkəzi Bankın diqqət mərkəzindədir. Ona görə də hüquqi bazanı genişləndirib, bir neçə pilot layihəsi hazırlamışıq. Hüquqi məsələləri həll etdikdən sonra onu həyata keçirməyə başlayacağıq. Hesab edirik ki, bu, nəticə verəcək, çünki mikrokreditlərin verilməsi, onların qaytarılması üçün ən çox yayılan poçt şəbəkəsi yaxşı bir mühitdir”, - deyə nazir qeyd edib.
 
Ə.Abbasov bu sahədə pilot layihənin bir neçə rayonda həyata keçiriləcəyini vurğulayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam