Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Səfir:“Türkiyə “Barış pınarı” əməliyyatı ilə təhlükəsizliyini qoruyur”

““Barış pınarı” əməliyyatının hədəfləri Suriyanın şimalını terror ünsürlərindən təmizləməkdir”.

Yenixeber.org:Bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, terror ünsürləri dedikdə, PPK, YPG və İŞİD terror təşkilatları nəzərdə tutulur: “Əməliyyatın digər hədəfi isə Türkiyənin sərhəd təhlükəsizlyinin təmin edilməsidir”.

Diplomat bildirib ki, Türkiyə İŞİD ilə mübarizə koalisiyasının üzvüdür və bu sahədə iş briliyi davam etdirilir.

F.C.Yazqan qeyd edib ki, Türkiyə “Barış pınarı” ilə öz təhlükəsizliyini qoruyur: “Biz haqlı olduğumuza yalnız inanmırıq, bunu dəqiq bilirik”.

Səfirin sözlərinə görə, Türkiyədə bütün siyasi qüvvələr bu əməliyyatı dəstəkləyir.

“Barış pınarı” əməliyyatının beynəlxalq səviyyədə qınanmasına gəlincə, diplomat bununla razılaşmadığını deyib: “Bəzi Avropa İttifaqı ölkələri əməliyyatı qınamağa cəhdlər edirlər. Həmin ölkələr Türkiyənin deyil, öz maraqlarını güdürlər. Türkiyəyə olan hücumların həmin ölkələr tərəfindən niyə qınamaması sual doğurur”.

F.C.Yazqan mətbuat konfransında sosial şəbəkələr və bəzi saytlarda “Barış pınarı” antiterror əməliyyatı barədə saxta məlumatlar və fotoşəkilləri ifşa edən təqdimat edib.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam