Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb-2020-ci il üçün

 

 
Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği məlum olub.
Yenixeber.org: Məlumata görə, bu barədə 2020-ci ilin büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində qeyd olunub.

Belə ki, yaşayış minimumunun ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib.

Həmçinin, ölkəmizdə gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyənləşib.

Hər iki qanun layihəsi Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.

Qeyd edək ki, hər iki qanun 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam