Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İngiltərədə ilin sonuna qədər növbədənkənar parlament seçkiləri ola bilər

 

 

Böyük Britaniyanın baş naziri Boris Conson parlamentin yenidən "Brexit"in təxirə salınmasını istəyəcəyi təqdirdə, ilin sonuna qədər növbədənkənar seçkilərin keçirilməsini təklif edəcək.

Yenixeber.org: Bu barədə BBC baş nazirin ofisindəki mənbəyə istinadən məlumat yayıb.

Hazırda B.Conson "Brexit" üzrə qanun layihəsinin bu gün parlamentdə səsverməyə çıxarılacağına və ölkənin oktyabrın 31-də Avropa İttifaqından (Aİ) çıxa biləcəyinə ümid edir.

Qeyd edək ki, bir neçə həftə davam edən intensiv və çətin danışıqlardan sonra Aİ və Böyük Britaniya oktyabrın 17-də "Brexit" şərtlərinə dair yenilənmiş saziş barədə razılığa gəlib, ardından Aİ-də qalan 27 ölkənin başçısı sammitdə onu təsdiq edib və indi sazişi Britaniya parlamenti təsdiqləməlidir.

Lakin Britaniyada oktybarın 19-da keçirilmiş səsvermə bir nəticə verməyib.

Sazişin əvvəlki variantı Britaniya deputatları tərəfindən üç dəfə rədd edilib, bununla əlaqədar ölkənin İttifaqdan çıxması üçün son tarix bu il martın 29-dan oktyabrın 31-dək təxirə salınıb. İndi Britaniya yeni - yanvarın sonuna qədər ertələnmə istəyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam