Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Düşmən Xocavənddə daha bir xaçkar ucaltdı... -FOTOLAR

 

 

Yenixeber.org: Nə olsun, bizim pullular da Bakıda xristian, yezidi, mason üslubunda şadlıq sarayları, göydələnlər ucaldır...


Separatçı-terrorçu erməni rejimi Azərbaycan Respublikası Xocavənd rayonunun 28-ci ildir işğal altında qalan ərazisində daha bir xaç abidəsi qoydurub.

 

Başda “kənd icmasının rəhbəri” Artur Ayrapetyan və erməni keşiş olmaqla bir qrup separatçı “Arevşat” adlandırılmış Dolanlar kəndində  xaçkarın açılış mərasimini keçirib. Azərbaycan torpaqlarının işğalı zamanı gəbərmiş işğalçı erməni hərbçilərinə həsr edilmiş üzdəniraq  xaç abidəsinin açılışında erməni məktəblilər “vətənpərvər” çıxışlar və şeirlər səsləndirib.
Xaçkarın guya bu kənddən olan “xeyriyyəçi” Vaçaqan Amircanyanın vəsaiti hesabına qurulduğu bildirilir.

 

Xatırladaq ki, Dolanlar — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənddir. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib.

 

Qarabağ silsiləsinin yamacındadır. Keçmış adı Ərgünəş (Argünəş) olmuşdur. Kənd 1828-ci ildən sonra Cənubi Azərbaycandan köçüb gəlmiş ailələrin Ərgünəş adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ərgünəş ərazidəki dağın adıdır. Dolanlar oykonimi etnotoponim olub, XIII əsrdə monqol işğallarında iştirak etmiş dolon tayfasının adını əks etdirir. Bu tayfanın adı qırğızlar və özbəklər arasında da yayılmışdır.

 

P.S. Nə olsun, bizim pullular da Bakıda xristian, yezidi, mason üslubunda şadlıq sarayları, göydələnlər ucaldır...  (moderator)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam