Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

MSK bələdiyyə seçkilərində“Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb.

Yenixeber.org: MSK-dan verilən məlumata görə, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd bələdiyyə üzvü seçilmək niyyətində olan vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdır.

Nəşrdə bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı atılası addımlar, qeydə alınmış namizədlərin hüquq və vəzifələri, onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumat verilib.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

“Namizədlər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam