Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistan XİN:Sergey Lavrov Yerevana rəsmi səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevana rəsmi səfər edəcək.

Yenixeber.org: Bu barədə jurnalistlərə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan məlumat verib.

O bildirib ki, iki ölkə arasında kifayət qədər dinamik əlaqələr var, aktiv dialoq mövcuddur və gündəlikdəki məsələlər olduqca genişdir.

Bununla belə, XİN başçısı səfərin nə vaxt baş tutacağını və səfər zamanı rusiyalı mütəxəssislərin ABŞ-ın pulu ilə Ermənistanda yaradılmış bioloji laboratoriyalara girişinə imkan verilməsinə dair memorandum imzalanıb-imzalanmayacağını açıqlamayıb.

"Bu barədə müzakirələrdən sonra danışa bilərik. Müxtəlif mənbələrin fikirləri bizə təsir etmir. Mənbələrin məlumatı üzə çıxarması çox əlverişsizdir", - deyə erməni nazir əlavə edib.

Qeyd edək ki, daha əvvəl Rusiya KİV-də S.Lavrovun noyabr 10-11-də Ermənistana səfər edəcəyi və səfər çərçivəsində rusiyalı mütəxəssislərə Pentaqonun pulu ilə tikilmiş bioloji laboratoriyalara daxil olmaq icazəsinin verilməsinə dair memorandum imzalanacağı barədə məlumatlar yayılmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam