Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Gənc əsgərlər Vətənə sədaqət andı içdilər-Foto

 

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər
9 Noyabr - Dövlət Bayrağı Günündə Naxçıvan Qarnizonu qoşunlarında andiçmə mərasimləri keçirilib.
Yenixeber.org: Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Mərasimdə çıxış edənlər gənc əsgərləri təbrik edib və əsgərlər də Vətənə sadiq olacaqlarına söz veriblər.

Çıxışların ardından general-mayor Teymur Eyyubov Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, hərbi anda sadiq olmaq hər bir əsgər üçün şərəf, namus və vicdan məsələsidir. Məhz buna görə də başı üzərində Azərbaycan bayrağı dalğalanan əsgərlərimizin şücaəti hər birimizi daha da qürurlandırır.

Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam