Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rəcəb Tayyib Ərdoğan:"Türkiyə “Patriot”lara görə “S-400”lərdən imtina etməyəcək"

 

 

Türkiyə “Patriot”lara görə Rusiyanın “S-400” raket sistemlərindən tam şəkildə imtina edə bilməz.

Yenixeber.org: "TRT Haber" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərinin yekunlarına dair ölkəsinə qayıdarkən jurnalistlərlə görüşü zamanı bildirib.

Vaşinqtonda prezident Donald Trampla danışıqları zamanı “Patriot” raket sistemlərini satın almağa hazır olduqlarını qeyd edən R.T.Ərdoğan bildirib ki, NATO-da ikinci ən böyük orduya sahib olan Türkiyə Amerika ilə sıx əlaqələrə malikdir: "Lakin müdafiə mənbələrimizi şaxələndirmək milli mənafeyimizin və suveren hüquqlarımızın zəruri parçasıdır. “S-400”lərin müdafiə sistemimizdə yerinə böyük əhəmiyyət veririk. Əlverişli şərtlərlə versəniz, “Patriot”lardan da alarıq. Hərçənd “Patriot”ları alarkən “S-400”ləri tamamilə qırağa qoymaq təklifini də suveren hüquqlarımıza gətirilən məhdudiyyət olaraq görür və əsla düzgün hesab etmirik. Hazırda Yunanıstanın “S-300”ləri var, oraya dair heç belə səslər gəlmədi”.

“F-35” qırıcı təyyarələrlə bağlı proqramda müştəri yox, tərəfdaş qismində iştirak etdiklərini vurğulayan Türkiyə prezidenti Vaşinqtonda keçirdiyi danışıqlar zamanı amerikalı həmkarı Donald Trampı çox daha müsbət, yanaşmalarında daha konstruktiv gördüyünü dilə gətirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam