Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Dağlıq Qarabağ ermənilərin son arzusu deyil” -Fərid Şəfiyev

 

“Dağlıq Qarabağ ermənilərin son arzusu deyil” - Fərid Şəfiyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin iştirakı ilə Ankara Hacı Bayram Veli Universitetində tələbələr və müəllim heyəti üçün “Ermənilərin türklərə qarşı nifrətinin günümüzdə əks olunması: 27 illik işğal altındakı Azərbaycan torpaqları” adlı müzakirələr keçirilib.
 Yenixeber.rog: BMTM-in sədri Fərid Şəfiyev çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilı bağlı həqiqətlərin dünyaya çatdırılması üçün Türkiyə və Azərbaycanın birgə işləməsinin vacibliyini vurğulayıb:

"Ermənilərin 1915-ci il olaylarını qabartmasın arxasında da Türkiyəyə qarşı ərazi iddiaları durur. Dağlıq Qarabağ onların son arzusu deyil. Bunların qarşısını almaq üçün addımlar atmaq lazımdır".

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev çıxışı zamanı icma barədə məlumat verib və bildirib ki, icma Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin düşmüş 80 mindən çox üzvü özündə birləşdirir. O, münaqişənin tarixindən danışaraq işğalla yanaşı bu gün həmin ərazilərdə Azərbaycan irsinə məxsus abidələrin ya məhv edildiyini, ya da saxtalaşdırıldığını əlavə edib.

Türkiyəli tarixçi Kəmal Çiçek çıxışında ermənilərin Qafqaza köçürülməsi siyasətindən danışıb və bildirib ki, 19-cu əsrin əvvəlləri ilə müqayisədə 20-ci əsrin əvvəllərində bu bölgələrə bir milyona yaxın erməni köçürülüb. O məsələnin tarixi baxımdan araşdırılmasının vacibliyini qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam