Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Suraxanıda qumbara tapılıb

 

 

 

Yenixeber.org: Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində sursat aşkar olunması barədə məlumat daxil olub. 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub. 

XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olunub ki, bunlar, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarası və 1 ədəd əl qumbarasının partladıcısıdır. 

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam