Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Kişilərin 41 faizi deyir ki,qadınlar zorakılığa dözməlidir”

 
Qadınlara qarşı zorakılıq yalnız ailə məsələsi deyil. Bu zorakılığı törədənlərin 70 faizi eyni təcavüzü uşaqlara qarşı törədir.
Yenixeber.org: Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadınlara və qızlara qarşı zorakılığa son" kampaniyasına həsr olunmuş dəyirmi masada deyib. Onun sözlərinə görə, qadına qarşı əl qaldıran kişi eyni hərəkəti öz uşağına qarşı da edilə bilər.

"Apardığımız təhlillər zamanı kişilərin 41 faizi, qadınların 34,7 faizi bildirib ki, qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir. Həmçinin qadınların 20,9 faizi, kişilərin 37,4 faizi isə qeyd edib ki, bəzi zamanlar qadın döyülməyə layiqdir. Bütün bunlar bir daha onu göstərir ki, zorakılığa münasibət bir çox hallarda patriarxal mədəniyyətin, dünyagörüşünün nəticəsində formalaşır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam