Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nazirlik əhaliyə müraciət edib - VİDEO

 

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.

Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, qış mövsümü ilə əlaqədar olaraq əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. 

Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:

- qaz cihazı saz və standartlara uyğun olmalı;

- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

- hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

- tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

"Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir! Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır! Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! 

Təhlükə zamanı 112-yə zəng edin!", deyə nazirlikdən bildirilib. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam