Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Almaniya deputatı:“Dağlıq Qarabağ Azərbaycan ərazisidir”

Almaniya deputatı: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir”
“Alumniportal-Aserbaidschan” nəşrinə müsahibə verən Almaniyanın iqtidarda olan XDİ/XSİ partiyasının deputatı Nikolas Lobel bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir.
Yenixeber.org: Deputat Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. O deyib ki, Dağlıq Qarabağın Azərbaycana məxsus olduğuna əmindir. Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın guya Ermənistan ərazisi olması bəyanatını pisləyən Lobel bəyan edib ki, “bu, Azərbaycanın bir hissəsidir”.

“Həmin bəyanat yanlışdır və BMT-nin qətnamələri də bunu təsdiq edir”, - deyə Lobel qeyd edib.

Deputat bildirib ki, bundestaq münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həllindən ötrü əlindən gələni edəcək: “Almaniya öz töhfəsini verməyə hazırdır. Lakin bir məsələ aydındır – Dağlıq Qarabağ Azərbaycana məxsusdur”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam