Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Əflatun Amaşov seçkilərə gedir:“Məndən hələ də gözləntilər var”

 
“Mən də digərləri kimi yenidən deputatlığa namizədliyimi irəli sürmək fikrindəyəm”.
Yenixeber.org: Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib. O son vaxtlar görülən işlərin sona çatdırılmasının da zəruriliyini qeyd edib:
“Seçildiyim dairədə davamlı olaraq müxtəlif işlər görülür. Həmin işləri sona çatdırmaq lazımdır. Deputat seçildiyim dairənin insanları ilə mütəmadi olaraq təmasda oluram. Baxıram ki, bu işlərin yekunlaşması üçün məndən hələ də gözləntilər var”.
Xatırladaq ki, Əflatun Amaşov 2015-ci ildə 62 saylı Saatlı seçki dairəsindən deputat seçilib. O 2003-cü ildən isə Azərbaycan Mətbuat Şurasının sədridir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam