Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Putin Prezident İlham Əliyevə zəng edib –Nələr müzakirə olunub?

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Yenixeber.org: Bu barədə Azərbaycan Prezidentinin mətbuat xdməti məlumat yayıb.

Bildirilib ki, Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və Azərbaycan dövlətinin inkişafı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları yüksək səviyyədə mütəmadi olaraq keçirilən görüşləri və bu günlərdə Sankt-Peterburq şəhərindəki təmasları məmnunluqla xatırlayaraq strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduqlarını bildiriblər. Prezident İlham Əliyev və Prezident Vladimir Putin ölkələrimizin birgə həyata keçirdiyi mühüm layihələrin önəminə toxunaraq, bu gün Samur çayı üzərində yeni avtomobil körpüsünün açılışının genişmiqyaslı əməkdaşlığın dərinləşdirilməsi işinə böyük töhfə verəcəyini qeyd ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam