Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan Ordusunun generalı -Ermənistana xəbərdarlıq edib

Azərbaycan Ordusunun generalı Ermənistana xəbərdarlıq edib
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hazırda dinamik dəyişikliklər mərhələsindədir. Bu münaqişədə Ermənistanın status-kvonun dəyişdirilməsini istəməməsi təhlükənin ehtimalını artırmaqdadır".
Yenixeber.org: Bunu Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev deyib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq". Rusiya Federasiyasının Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" fikri bu münaqişənin həllinin necə nəticələnməli olduğunu birmənalı şəkildə göstərir", - H.Piriyev vurğulayıb.

Azərbaycan Ordusunun general-leytenantı Ermənistana xəbərdarlıq edib: "Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan ərazisinin hərbi işğalı və status-kvonun saxlanılması münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək. 2016-cı il Aprel döyüşləri də göstərdi ki, tərəflər arasındakı hərbi balans Azərbaycanın xeyrinə dəyişib. Ermənistan münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli, beynəlxalq öhdəliklərini yerinə yetirməli və qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmalıdır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam