Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ İrana "harda olsa" cavab verməyə hazırdır-RƏSMİ

 

Birləşmiş Ştatlar İranın Vaşinqtonun Yaxın Şərqdəki təhlükəsizliyinə təhdid hesab etdiyi hərəkətlərinə "harda olsa" cavab verməyə hazırdır.

Yenixeber.org: Bunu, dekabrın 30-u ABŞ Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşı Vaşınqtonun "Kətaib Hezbollah" şiə qruplaşmasının obyektlərinə endirdiyi avia zərbələrə dair açıqlama verərkən söyləyib.

Diplomatın deyib: "Hadisə göstərir ki, biz nəinki İraqda, bizim, habelə tərəfdaşlarımız və müttəfiqlərimiz üçün bölgədəki bu təhlükəni neytrallaşdırmaqdan ötəri məna daşıyan "harda olsa" cavab verə bilərik".

Məlumatda, son iki ayda İraqda Amerikanın maraqlarına qarşı İran tərəfindən 11 hücum təşkil olunduğu iddia edilir. Dövlət Departamentinin nümayəndəsi vurğulayıb: "Biz bu cür davranışlara, ABŞ və ya müttəfiqlərimizin vətəndaşlarına və Silahlı Qüvvələrinə edilən hücumlara dözməyəcəyik".

O, ABŞ Prezidenti Donald Trampın və Dövlət katibi Maykl Pompeonun bu mövqedə olduqlarını xatırladıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam