Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

AZAL: “Buta Airways”in Tehran istiqamətində uçuş cədvəlinin dəyişdirilməsi planlaşdırılmır

Qış cədvəli çərçivəsində “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik reyslər həyata keçirir.

Yenixeber.org: Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə bu istiqamət üzrə reyslərin cədvəlinə dəyişiklik edilməsi planlaşdırılmır.

P. Kəsəmənski Azərbaycan təyyarələrinin İran üzərindən uçuşların dayandırıla biləcəyinə də aydınlıq gətirib. O bildirib ki, hər hansı bir dəyişiklik olduğu təqdirdə aviaşirkət rəsmi rabitə kanalları vasitəsilə cəmiyyəti məlumatlandıracaq.

Qeyd edək ki, ABŞ Federal Aviasiya Administrasiyası Amerika mülki təyyarələrinin İraq, İran əraziləri, Fars və Oman körfəzləri suları üzərindən uçmasına qadağa qoyub. Həmçinin, “Singapore Airlines” aviaşirkəti İranın ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirməsindən sonra təyyarələrinin İran üzərindən uçmasını qadağan edib. Aviaşirkətin bəyanatında deyilir ki, təyyarələrin İran hava məkanından yan keçməklə Avropaya və əksinə, Avropadan uçmasına dair qərar qəbul olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam