Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ETSN:Badamdardakı sürüşmə sahəsində aktivlik müşahidə olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Səbail rayonunun Badamdar qəsəbəsində baş veriən sürüşmə ilə bağlı məlumat yayıb.

Yenixeber.org: Bu barədə açıqlamasında Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib:

"Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib. Hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur. Tərəfimizdən ərazidə monitorinqlər aparılır".

Xatırladaq ki, bu ərazidə sonuncu dəfə 2018-ci ilin oktyabrın 12-də sürüşmə baş vermişdi. Sonrakı günlərdə sürüşmə aktivləşərək, təxminən 200 metrdən artıq eni olan bir ərazini əhatə etməklə avtomobil yoluna qədər hərəkət etmişdi. Yol kənarındakı istinad divarının əksər hissəsi çökmüşdü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam