Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Narkotik satan aptek mənim deyil”

 

Deputat Ülvi Quliyev narkotik və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olan “Murad” aptekinin ona məxsus olması barədə deyilənləri təkzib edib. 

 

"Xeberinfo.com":  Məlumata görə, Ü.Quliyev modern.az saytına açıqlamasında bildirib ki, o, artıq 2002-ci ildən farmakoloji bizneslə məşğul deyil.

“Mən əczaçılıq biznesi ilə universiteti bitirəndən sonra məşğul olmuşam. O zaman “Loğman-Farm” adlı farmakoloji şirkətin sahibi idim. 2002-ci ildə dövlət vəzifəsinə təyin olunandan sonra bizneslə məşğul olmağa son qoydum” - deyə Ü.Quliyev bildirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi “Murad Farm” şirkətinə məxsus aptekdə yoxlama aparıb. Yoxlama zamanı aptekin narkotik və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması faktı üzə çıxıb. Virtualaz.org saytının apardığı jurnalist araşdırması zamanı həmin aptekin sahibinin deputat Ü.Quliyev olmasına dair fikirlər səslənmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam