Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ötən il 197 əcnəbi -Naxçıvandan çıxarılıb

Ötən il 197 əcnəbi Naxçıvandan çıxarılıb
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.
Yenixeber.org: İclasda bildirilib ki, görülmüş tədbirlər nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində qanunvericiliyinin tələblərini pozan 202 əcnəbi aşkarlanıb. Onlardan 197-si barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla cərimə inzibati tənbeh növü tətbiq edilib, 56 nəfər tətbiq edilmiş cəriməni ödəmədiyindən, cərimə ödənilənədək ölkə ərazisinə girişinə məhdudiyyət qoyulub

Xidmətə 10613 müraciət daxil olub ki, həmin müraciətlərdən 8624-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlıdır.

Cari il ərzində muxtar respublikada 2 nəfər Azərbaycan vətəndaşlığına qəbul olub, 1 nəfərin isə vətəndaşlığı bərpa edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam