Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Avropa Parlamentində Qarabağın işğalına qarşı səs verdilər-QƏTNAMƏ

Avropa Parlamentində “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamənin səsverməsi başa çatıb.

Yenixeber.org: Səsvermədə iştirak edən 704 deputatdan 454-ü qətnamənin lehinə səs verib.

Qətnamə yeni redaksiyada qəbul edilib. Dekabr ayında sənədə tərəfdaş dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı maddə əlavə edilib: “Avropa İttifaqı bütün Şərq tərəfdaşlığı ölkələrinin beynəlxalq norma və prinsiplər əsasında beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliklərinin dəstəklənməsi üzrə öhdəliklərini təsdiq edir”.

Həmin maddədə, həmçinin “münaqişədən ziyan çəkən ölkələrin vətəndaşlarına – qaçqın və məcburi köçkünlərə dəstəyin” gücləndirilməsi vurğulanır.

Bu qətnamənin qəbul olunması Cənubi Qafqaz üçün onu ifadə edir ki, Ermənistan Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalçısı qismində anti-Azərbaycan və işğalyönümlü sənəd və müzakirələri təşviq edə bilməyəcək.

Azərbaycan öz növbəsində, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş məcburi köçkünlərin problemlərinin həllində yeni mexanizm əldə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam