Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sabiq deputata - AMEA-da vəzifə verildi

Sabiq deputata AMEA-da vəzifə verildi
Texnika elmləri doktoru, professor Elton Məmmədov AMEA-nın İşlər idarəsinin yeni müdiri təyin olunub.

Yenixeber.org: AMEA-da verilən xəbərə görə, E. Məmmədov AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tərəfindən Rəyasət Heyətinin kollektivinə təqdim edilib.
Tədbiri giriş sözü ilə açan Ə.Sadıqov bildirib ki, son vaxtlar elmin dövlət siyasətinin həyata keçirilməsində rolunun artırılması məqsədilə akademiyada çoxşaxəli islahatlara start verilib. Ötən ilin sonunda akademiyanın Ümumi yığıncağının keçirilməsi, elmin mövcud vəziyyətinin obyektiv olaraq qiymətləndirilməsi, gələcək hədəflərin müəyyənləşdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, intellektual əmək resurslarından daha səmərəli istifadə edilməsi istiqamətində kompleks tədbirlər bu islahatların bariz nümunəsidir. Əminağa Sadıqov bildirib ki, bu tədbirlərin mühüm istiqamətlərindən birini elmin maddi-texniki bazasının gücləndirilməsi, elmi fəaliyyət sahəsində çalışan əməkdaşların sosial təminatının yaxşılaşdırılması kimi məsələlər təşkil edir ki, bu vəzifələrin də icrası bilavasitə İşlər idarəsinin fəaliyyət dairəsinə aiddir. Professor Elton Məmmədovun zəngin həyat və iş təcrübəsinə, elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətə malik olduğunu bildirən AMEA-nın akademik-katibi onun yeni şəraitdə İşlər idarəsinin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam