Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Misir - Afrika İttifaqında sədrliyi CAR-a təhvil verəcək

 

Fevralın 9-da Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqı dövlət və hökumət başçılarının 33-cü Sammiti öz işinə başlayacaq. 

Yenixeber.org:  “Silahlar sussun. Afrikanın inkişafı üçün əlverişli şərait yaradılsın” devizi altında keçiriləcək zirvə görüşündə Misir Prezidenti Əbdülfəttah əs-Sisi Afrika İttifaqında sədrliyi Cənubi Afrika Respublikasının dövlət başçısı Siril Ramafozaya təhvil verəcək.

Misir Prezidentinin mətbuat katibi Bəssam Radi jurnalistlərə bildirib ki, Əbdülfəttah əs-Sisi Afrika İttifaqı Təhlükəsizlik Şurasının Liviya, habelə Qərbi Səhrada gərginliklə ilə bağlı iclaslarında iştirak edəcək. Onun sözlərinə görə, ikigünlük sammitdə Afrika qitəsinin problemləri, xüsusən yoxsulluq, miqrasiya və silahlı münaqişələr üzrə məsələlər müzakirə ediləcək. Eyni zamanda, 2063-cü ilədək Afrikada sülh və sabitliyə nail olmaq üçün hazırlanmış plan da müzakirə olunacaq.

Sammit iştirakçıları müzakirələrin yekununa dair Yekun Bəyannaməsi qəbul edəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam