Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Bakıda güclü külək ağaclara ziyan vurub- FOTO

 

Güclü külək paytaxtın bəzi rayonlarında ağaclara ziyan vurub.

Yenixeber.org:  Bu barədə saytımıza açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Bakının bəzi rayonlarında altı ağac kökündən çıxıb:

“Bakının bir neçə rayonunun ərazisində 6 ağacın kökündən qopması ilə bağlı məlumat daxil olub. Onlardan bəziləri bərpa olunub. Bərpa olunduqdan sonra inkişafını davam etdirə bilməyəcək vəziyyətdə olan ağaclar isə kəsilərək ərazidən götürülüb.

Bundan başqa, küləyin təsirindən paytaxtın 20-yə yaxın ərazisində ağacların budaqları sınıb, əyilərək qəzalı vəziyyətə düşüb. Həmin ağacların qəzasını aradan qaldırmaq üçün müvafiq tədbirlər aparılır.

Külək paytaxt ərazisində çox ciddi fəsadlar yaratmayıb. Xoşbəxtlikdən xəsarət alanlar olmayıb. Birliyin bütün şəxsi heyəti Bakı şəhər İcra Hakimiyyətinin xəbərdarlığına əsasən, gücləndirilmiş iş rejimində çalışır. Küləyin sürəti azalana qədər əməkdaşlarımız gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Əməkdaşlarımız tərəfindən şəhərin yaşıllıqları tam nəzarət altındadır”.

Bakıda güclü külək ağaclara ziyan vurub (FOTO) - Gallery Image

Bakıda güclü külək ağaclara ziyan vurub (FOTO) - Gallery Image

Bakıda güclü külək ağaclara ziyan vurub (FOTO) - Gallery Image

Bakıda güclü külək ağaclara ziyan vurub (FOTO) - Gallery Image


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam