Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu ölkənin hərbi nümayəndə heyəti Bakıda səfərdədir-FOTOLAR

 

 

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Təhsil və Hazırlıq İdarəsinin baş direktoru general-mayor Saqib Mehmud Malikin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, fevralın 10-da Pakistan nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub. 

Qonaqları salamlayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov onlara Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, hərbi təhsil sistemində dünyanın aparıcı ölkələrinin qabaqcıl təcrübəsinin tətbiqi barədə məlumat verib.

Görüşdə həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam