Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İlham Əliyev Litva prezidentinə məktub göndərdi

 

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.

Yenixeber.org: Məktubun mətnini təqdim edirik:

“Hörmətli cənab Prezident, Litva Respublikasının milli bayramı münasibətilə Sizi və dost Litva xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva dostluq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, bu münasibətlərin bütün sahələrdə qarşılıqlı faydalı şəkildə genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam