Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Novruz bayramı ərəfəsində əfv olacaq? -AÇIQLAMA

 
“Əvvəlki illərin təcrübəsinə əsasən Novruz bayramı ərəfəsində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamları olurdu. Lakin bu il üçün Əfv Məsələlər üzrə Komissiyanın iclasları keçirilməyib”
Yenixeber.org: Bunu  Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, bu il böyük siyasi kampaniya və növbədənkənar parlament seçkiləri keçirildiyi üçün bütün diqqət bu proseslərə fokslanıb.

“Parlament seçkilərində namizədliyini verən şəxslərin bəziləri komissiyanın üzvləridir. Dövlət qurumlarında da dəyişikliklər oldu. Bütün bunlar texniki dəyişiklikləri zəruri edir. İstisna etmirəm ki, bu il ərzində əfv sərəncamı olacaq. Amma əfvin nə zaman olacağını Prezident müəyyənləşdirir. Bütün hallarda Əfv Komissiyasının katibliyi və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru fasiləsiz işləyir. Onlar daxil olan müraciətləri emal edirlər, müvafiq rəylər alırlar. Bu proses fasiləsiz gedir. Komissiyanın iclasları keçiriləndə, mətbuata məlumat veriləcək”.

Qeyd edək ki, Azərbaycanda Novruz bayramı ərəfəsində əfvin olacağı gözlənilirdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam