Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Naxçıvanda təhsil müəssisələri bağlanmır - RƏSMİ AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının bütün təhsil müəsisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılmayacaq

Yenixeber.org: Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, muxtar respublikanın bütün ali və orta ixtisas, eləcə də ümumitəhsil məktəblərində hər il olduğu kimi bu il də lazımi tibbi profilaktik və dezinfeksiyaedici tədbirlər ən yüksək səviyyədə aparılıb. Və bu proses bu gün də müvafiq qaydada davam etdirilir. Muxtar respublikada koronavirus infeksiyasına hər hansı bir yoluxma faktı yoxdur. Bununla əlaqədar hər hansı ciddi təhlükə də müşahidə olunmur. 

Bildirək ki, bəzi informasiya saytlarında sabahdan Naxçıvan Muxtar Respublikasında da təhsil və tədrisin dayandırılması ilə bağlı yanlış və əsassız informasiyalar yayılıb. Təhsil nazirliyi bildirir ki, muxtar respublikanın orta ümumtəhsil, orta ixtisas və ali təhsil müəsisələrində dərslər tədris qrafikinə uyğun olaraq davam etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam