Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Tramp maaşını koronavirusla mübarizəyə bağışladı - FOTO

Tramp maaşını koronavirusla mübarizəyə bağışladı - FOTO
ABŞ Prezidenti Donald Tramp maaşını koronavirusla mübarizə üçün ölkənin Səhiyyə və Sosial Xidmətlər Nazirliyinə köçürüb.
Yenixeber.org: Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Stefani Qrişam "Twitter"də məlumat yayıb.

Onun sözlərinə görə, Tramp keçən ilin dördüncü rübündəki bütün maaşını – 100 min dollar vəsaiti nazirliyin hesabına köçürüb.

"Donald Tramp Prezident olduğu müddətdə maaşını bağışlamaq öhdəliyi götürdü. O, sözünə əməl edərək və Amerika xalqının təhlükəsizliyi üçün 2019-cu ilin dördüncü rübündəki maaşını koronavirusla mübarizə səylərini dəstəkləmək məqsədilə Səhiyyə və Sosial Xidmətlər Departamentinə bağışladı”, - deyə mətbuat katibi əlavə edib.

Stefani Qrişam sosial şəbəkə hesabınnda ödəniş qəbzinin fotosunu paylaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam