Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ərdoğan və Putindən İdlib mesajı:“Vəziyyət çox gərgindir”

Ərdoğan və Putindən İdlib mesajı: “Vəziyyət çox gərgindir”
Suriyanın İdlib bölgəsində vəziyyət o dərəcədə kəskinləşib ki, məsələ Rusiya və Türkiyə liderləri arasında birbaşa danışıqların aparılmasını tələb edir.
Yenixeber.org: Bu barədə Moskvada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə Rusiya Prezidenti Vladimir Putin deyib.

"Həmişə olduğu kimi, danışacağımız məsələlər var, amma indi İdlibdəki məşhur zonada vəziyyət o qədər kəskinləşib ki, bu, əlbəttə birbaşa şəxsi söhbətimizi tələb edir", - deyə Putin bildirib.

Türkiyə Prezidenti Rəcəb Ərdoğan isə danışıqların nəticəsinin İdlibdəki vəziyyəti yüngülləşdirəcəyinə inandığını hesab edir: "Şübhəsiz ki, İdlib danışıqları ilə əlaqədar bugünkü görüşümüzün əhəmiyyəti böyükdür. Həqiqətən, İdlibdə vəziyyət çox gərgindir. Bütün dünya bu gün gözlərini Moskvaya dikib. İnanıram ki, bu gün atılacaq addımlar və qərarlarımız vəziyyəti yüngülləşdirəcək”.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya səfər edib. Səfərin əsas məqsədi İdlibdəki gərginlik fonunda Suriya böhranının müzakirə edilməsidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam