Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sürüşməyə görə nazirlik işçiləri -Lerikə ezam olundu

Sürüşməyə görə nazirlik işçiləri Lerikə ezam olundu
Lerik rayonunda baş vermiş torpaq sürüşməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerinə gediblər.
Yenixeber.org: Bu barədə ETSN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri monitorinq və araşdırma aparmaq üçün Lerik rayonunun Çayrud kəndinə ezam olunublar.

Qeyd edək ki, bu gün səhər saatlarında Lerik rayonunun Çayrud kəndində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus həyətyanı ev dağılaraq yararsız vəziyyətə düşüb. Ev sahibi A.Əlirzayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Hadisə zamanı ailənin daha iki üzvü isə yaralanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam