Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rusiyada - koronavirus daşıyıcılarının sayı artdı

Rusiyada koronavirus infeksiyası daha 4 nəfərdə aşkarlanıb.

Yenixeber.org: Ölkədə koronavirusa yoluxanların sayı 14-ə çatıb.

Məlumata görə, yeni yoluxanlardan 3 nəfər Lipetskdə, 1 nəfər isə Sankt-Peterburqda müalicə alır. Bütün yoluxmuş şəxslər son iki həftədə İtaliyaya səfər ediblər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 98 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 103 749-yə çatıb. Bunların 58 456 nəfəri sağalıb, 3 522 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam