Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Düşmən Naxçıvan istiqamətində də fəallaşdı-Cavabını aldı

 

Martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub. 

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əsasən düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb. 

Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Qeyd edək ki, Ermənistan ordusu son günlər Azərbaycanla dövlət sərhədinin Qazax rayonu istiqamətində bir-birinin ardınca diversiya-təxribat həmlələri edir, bu zaman Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının iki əsgəri şəhid olub. Düşmənə qarşı adekvat cavab tədbirləri görülüb və Ermənistan ordusu itkiyə məruz qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam