Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Türkiyədə bütün kütləvi tədbirlər təxirə salınıb –Aprelin sonunadək

Koronovirus təhlükəsi ilə əlaqədar Türkiyədə bir çox siyasi təşkilatlarda, mədəniyyət qurumlarında, eləcə də ali məktəblərdə keçirilən mədəni-kütləvi tədbirlər aprelin sonunadək təxirə salınıb.

Yenixeber.org: Türkiyənin Ali Təhsil Şurası martın 16-dan başlayaraq ali təhsil müəssisələrində 3 həftəlik tətilin olacağını elan etməklə yanaşı, universitetlərdə bütün tədbirlərin müvəqqəti olaraq ləğvi haqqında qərar verib.

Şuradan bildirilib ki, 3 həftəlik tətildən sonra Türkiyə Səhiyyə Nazirliyinin verdiyi qərar uyğun olaraq addım atılacaq.

Ölkə miqyasında da bir çox mədəni-kütləvi tədbirlər də təxirə salınıb, hətta bəzi özəl teatrlarda biletləri satılan tamaşaların nümayişi belə ləğv olunub.

Qeyd edək ki, Türkiyə Ədliyyə Nazirliyi həbsxanalarda ziyarətlərin ləğv olunduğunu açıqlayıb.

Bir çox siyasi partiyalar da mart-aprel aylarında keçiriləcək tədbirlərin tarixini dəyişib. O cümlədən Cümhuriyyət Xalq Partiyasının (CHP) 28-29 martda keçirəcəyi fövqəladə qurultayının başqa tarixə dəyişdiriləcəyi gözlənilir.

Onu da qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində vətəndaşların qəbulunun məhdudlaşdırılacağı və siyasi partiyaların qrup toplantılarının izdihamsız keçəcəyi nəzərdə tutulub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam