Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Nazir əmr imzaladı, rektorlara tapşırıq verdi

 

Təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransının keçirilməsi barədə əmr imzalayıb.

"Xeberinfo.com":  Təhsil Nazirliyindən verilən məlumata görə, əmr doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə verilib.
Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransı 2015-ci ilin 7-8 aprel tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.
Əmrdə qeyd olunur ki, ali təhsil müəssisələrinin rektorları Doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2015-ci il 28 fevral tarixinədək Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinə təqdim edilməsini təmin etsinlər.
İqtisad Universitetinin rektoru konfransın Azərbaycan Dövlət İqtisad Universitetində yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam