Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Cənubi Koreyada -9 478 nəfər koronavirusa yoluxdu

Cənubi Koreyada bir sutka ərzində koronavirus infeksiyasına 146 nəfər yoluxub.

Yenixeber.org: Bu barədə ölkənin Səhiyyə və Rifah Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısını Almaq Mərkəzi (KCDC) məlumat yayıb.

Bununla da koronavirusa yoluxanların sayı 9 478 nəfərə çatıb, artıq 144 nəfər həyatını itirib. Müalicə edilən 283 nəfər sağalıb.

Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyensan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonaları elan edilib.

Bütün məktəblərdə və məktəbəqədər müəssisələrdə tədrisin başlanması üçüncü dəfə, 6 aprelə qədər təxirə salınıb. Aprelin 5-dək sakinlərdən evlərini tərk etməmələri tapşırılıb, idman, əyləncə və dini ayinlərin keçirildiyi yerlər bağlanıb.

Ümumilikdə 4 811 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Cənubi Koreyada 361 mindən çox insan koronavirusa görə test edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam