Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Tibbi maskalar koronavirusdan qorumur-ÜST açıqladı

 

Tibbi maskalar müdafiəyə zəmanət vermir və sağlam adamların onlardan istifadəsinə ehtiyac yoxdur.

Yenixeber.org: RİA Novosti-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəsmi nümayəndəsi Tarik Yazareviç bəyan edib.

“Mövqeyimiz dəyişməyib… Simptomu olanlar başqalarının müdafiəsi üçün maska taxmalıdır. Həmçinin xəstələrə qulluq edən insanlar, məsələn, evdə maska taxmalıdır”, - deyə o bildirib.

Yazareviç vurğulayıb ki, maska özü-özlüyündə koronavirusa yoluxmadan xilas etmir.

ÜST nümayəndəsinin sözlərinə görə, maskadan digər müdafiə tədbirləri ilə yanaşı istifadə edilməlidir: “Problem bundadır ki, maska taxan insanlar təhlükəsizlikdə olduqlarını güman edirlər. Bu zaman əllərin yuyulması kimi başqa vacib tədbirləri unuda bilərlər”.

O əlavə edib ki, maska taxılsa belə, üzə toxunmaq olmaz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam