Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Karantin rejimində yaşı 65-dən yuxarı şəxslərin pensiya almaq qaydası açıqlanıb – ƏƏSMN

Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək.

Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 – Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.

Eyni zamanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərini istənilən bankın bankomatından, eləcə də “Azərpoçt”un istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə etmək mümkündür.

Hər hansı sual olarsa 142 – Çağrı Mərkəzinə müraciət etmək olar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam