Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bu ölkədə koronavirusdan effektiv müalicə üsulu tətbiq edilir

 

 İsrailin Hayfa şəhərində yerləşən "Pluristem” şirkəti hüceyrə terapiyası sayəsində koronavirus səbəbindən kritik vəziyyətdə olan altı xəstəni müalicə etdiyini bildirib.

Yenixeber.org: "Jerusalem Post” xəbər verir ki, xəstələr İsrailin üç fərqli tibb mərkəzində müalicə alıb.

Onlar nəfəs çatışmazlığından və koronavirusun yaratdığı digər çətinliklərdən əziyyət çəkirmiş.

Bundan əlavə, dörd xəstədə digər problemlər, o cümlədən ürək-damar və böyrək çatışmazlığı təsbit edilmişdi.

Məlumata əsasən, qeyd edilən üsulla müalicədən sonra dörd nəfərin tənəffüs parametrlərində müsbət dəyişikliklər qeydə alınıb. İkisində isə bundan əlavə kliniki sağalma müşahidə edilib.

"Pluristem”in PXL hüceyrələri immuniteti modullaşdıran xüsusiyyətlərə malikdir. Mütəxəssislər qeyd edir ki, bu isə pnevmoniya və pnevmonitdən ölüm hallarının azalmasına gətirib çıxardacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam