Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu nazirlər neft hasilatını müzakirə edə bilər

 

 “Böyük iyirmilik” (G20) ölkələrinin nazirlər toplantısının gündəliyinə OPEC+in üzərinə götürdüyü neft hasilatının gündəlik 10 milyon barel həcmində əlavə azaldılması məsələsi də daxildir.

 Yenixeber.org: Videokonfransı giriş nitqi ilə Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman açacaq, ardından OPEC Baş katibi Məhəmməd Barkindo və Beynəlxalq Energetika Agentliyinin rəhbəri Fatih Birol neft bazarına dair hesabatlarını təqdim edəcəklər.

Vaxtın böyük hissəsi – təxminən 120 dəqiqəlik müddət təşkilata üzv ölkələrin nazirlərinin çıxışlarına ayrılacaq. Qrafikə əsasən, görüş Bakı vaxtı ilə saat 18:20-də başa çatmalıdır.

Eyni zamanda TASS-ın müzakirələr ilə tanış olan mənbəyi nazirlərin hasilatın əlavə olaraq azaldılması məsələsini müzakirə etməli olduqlarını söyləyib.

“Bu gün energetika sektorunda vacib olanlar neft və hasilatın azalmasıdır. Haqqında danışılası başqa şey yoxdur”, – mənbə bildirib.

Xatırladaq ki, aprelin 9-da OPEC+ ölkələri neft hasilatının üç mərhələdə azaldılması ilə bağlı razılıq əldə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam