Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Rusiyada -koronavirusa yoluxanların sayı 18 mini ötüb, 148 nəfər ölüb

Rusiyada son bir gündə 2 558 nəfərə koronavirus diaqnozu qoyulub, 18 nəfər virusun qurbanı olub.

Yenixeber.org: Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 18 328 nəfərə, ölənlərin sayı 148-ə, sağalanların sayı isə 1 470 nəfərə çatıb.

Yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada qeydə alınıb - 1 355. Beləliklə, Moskvda yoluxma hallarının sayı 11 513-ə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 854 000-i ötüb. Bunların 428 069 nəfəri sağalıb, 114 293 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam