Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Rusiyadakı səfirliyimiz vətəndaşlara müraciət etdi-SƏBƏB

 

 Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib.
Yenixeber.org: Səfirlikdən verilən məlumata görə, yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə göstərilən səylər çərçivəsində Azərbaycan və Rusiya arasında dövlət sərhədi müvəqqəti olaraq bağlanmış və Azərbaycan Respublikasının bir sıra vətəndaşları məcburən Rusiya Federasiyası ərazisində qalmışlar.

Onların vətənə qayıdışını təşkil etmək məqsədi ilə cari ilin 18 aprel tarixindən www.evegedirem.info portalı fəaliyyətə başlamışdır. Burada Azərbaycan vətəndaşları onlayn qeydiyyatdan keçərək elektron növbə ardıcıllığı əldə edirlər ki, həmin ardıcıllığa uyğun olaraq da vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri müəyyən edilir.

Bununla əlaqədar, Səfirliyin qaynar xəttinə qeydiyyatdan keçirilmək xahişi ilə çoxsaylı zənglər daxil olur. Bildiririk ki, 18 aprel 2020-ci il saat 10:00-dan etibarən Səfirlik sözügedən saytda Azərbaycan vətəndaşlarının qeydiyyatını aparmır. Azərbaycana getmək istəyən hər bir vətəndaş şəxsən müvafiq sahələri doldurmalı və sıra nömrəsini almalıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam