Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Kim Çen Indan xəbər var– “Kənddə dincəlir”

 

 KXDR Dövlət Şurasının sədri Kim Çen In Pxenyan şəhərinin kənarındadır və normal işləməyə davam edir.

Yenixeber.org: Bu haqda məlumatı TASS agentliyi yayıb.

İnformasiyanı Cənubi Koreya mediasına Cənubi Koreya prezidenti administrasiyasının yüksək səviyyəli nümayəndəsi verib.

“Hazırda sədr Kim Çen In ən yaxın silahdaşları ilə birlikdə kənddədir. Göründüyü kimi, o, normal rejimdə fəaliyyətini davam etdirir”. “Ton Ilbo” qəzeti və Yonhap agentliyi onun sözlərindən sitat gətirir.

Bundan əvvəl Amerikanın CNN televiziya şirkəti ABŞ administrasiyasındakı adı açıqlanmayan mənbəyə istinadən ABŞ-ın KXDR Dövlət Şurasının sədri Kim Çen Inın səhhətinin pisləşməsi ilə bağlı kəşfiyyat məlumatlarını öyrəndiyini bildirmişdi.

Bu məlumat təsdiqini tapmayıb.

Cənubi Koreya hakimiyyəti də öz növbəsində Kim Çen Inın xəstəliyi ilə bağlı məlumatların olmamasını açıqlayıb.

Çin Xarici İşlər Nazirliyi də CNN-in məlumat mənbəyinə şübhə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam