Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

ÜST-dən Azərbaycana tövsiyə

 

 “Bir çox ölkələr, o cümlədən Azərbaycan da ÜST-nin tövsiyələrinə əsasən karantin rejimindən çıxış planı hazırlayır”.

Yenixeber.org: Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi onlayn brifinqdə deyib.

ÜST rəsmisi bildirib ki, tədbirləri yüngülləşdirməklə yanaşı, təhlükəsizlik tədbirlərini yüksək səviyyədə saxlamaq lazımdır: “Çünki virus hələ də öz təhlükəsini saxlayır. Xəstəlik yenidən alovlana bilər. Hər kəs əvvəlki həyatına qayıtmaq istəyir. Bizim də istəyimiz budur”.

O qeyd edib ki, bu məsələdə əsas hədəf ölkələrin bir-birinə güvənməsidir: “Misal olaraq, bir ölkə virusla ciddi mübarizə tədbirlərinin aparıldığını əsas gətirir, ancaq qonşu ölkələrdə vəziyyət elə də yaxşı deyil. Ona görə də hələ sərhədlərin açılması məsləhət deyil. Gərək hər iki ölkədə vəziyyət stabil olsun”.

H.Harmancı qeyd edib ki, sərhədlər mütləq açılacaq: “Bunun üçün də bütün ölkələrin ciddi əməkdaşlıq çərçivəsində bu məsələni müzakirə etmələri lazımdır”.

O Azərbaycan xalqına qoyulmuş qaydalara ciddi riayət etdikləri üçün öz təşəkkürünü bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam