Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İtaliyada koronavirusdan 260 nəfər öldü-Bir gündə

 

 

İtaliyada koronavirus qurbanlarının sayı 26 644 nəfərə çatıb.

Yenixeber.org: RİA "Novosti"nin məlumatına görə, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bildirilir ki, son bir gündə ölkədə 260 nəfər COVID-19-dan ölüb.

Bu, martın 14-dən ən aşağı artımdır. Həmin gün 175 nəfərin virusdan öldüyü bildirilirdi. 

Son bir gündə ölkənin virusa yoluxan 1 808 sakini sağalıb. Beləliklə koronavirusdan sağalanların ümumi sayı 64 928 nəfərə çatıb.

Ölkədə epidemiya ərzində yoluxma hallarının ümumi sayı, ölənlər və sağalanlar da daxil olmaqla, 197 675 nəfər təşkil edib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam