Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Boris Conson vəzifəsinin icrasına başladı

 

 

Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusdan müalicə edildikdən sonra Dauninq-stritdəki ofisinə qayıdıb.

Yenixeber.org: Məlumata görə, bu barədə mənbələrə istinadən “Sky News” bildirib.

Onun bu gün – aprelin 27-də işə çıxacağı gözlənilir.

Conson son dəfə aprelin 12-də ictimaiyyət qarşısında görünüb. O, “Twitter”dəki səhifəsində videogörüntüsünü yayıb.

Daha əvvəl koronavirus diaqnoz qoyulmuş Conson xəstəxanadan evə buraxılıb. Qeyd edilidi ki, o, şəhərkənarı iqamətgahında bərpa dövrü keçir. 

Hökumət rəhbərinin dəftərxanasının rəsmisi bildirib ki, baş nazir cümə günü müşavirləri ilə görüşüb. O, ölkənin koronavirusla mübarizə sahəsində gördüyü işlər barədə son məlumatları alıb.

Qeyd edək ki, martın 27-də Boris Conson koronavirusa yoluxduğunu açıqlamışdı. Baş nazir həmin vaxtdan özünü təcrid edib. Buna baxmayaraq, baş nazir son günlərə qədər işləməyə davam edirdi. Səhhəti ağırlaşan 55 yaşlı siyasətçi aprelin 6-sı xəstəxanaya yerləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam