Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Daha bir beynəlxalq təşkilat -Qarabağdakı qondarma "seçkiləri" pislədi

Yeni Azərbaycan Partiyasının (YAP) müşahidəçi üzv olduğu və sıx əməkdaşlıq etdiyi Mərkəzçi Demokrat İnternasionalı (MDİ) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma prezident və parlament "seçkiləri" ilə bağlı bəyanat yayıb. 

Yenixeber.org: Bəyanatda heç bir ölkənin Dağlıq Qarabağı dövlət kimi tanımadığı, bu səbəbdən də bölgədə keçirilən qanunsuz seçkilərin regionda uzun müddət davam edən münaqişənin həlli istiqamətində Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar prosesinə töhfə vermədiyi qeyd olunur. 

"MDİ beynəlxalq hüquq prinsiplərinə və normalarına dəstəyinə və sadiqliyinə əsaslanaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyir. MDİ ATƏT-in Minsk Qrupu həmsədrlərinin müvafiq bəyanatına qoşularaq bu "seçkilərin" nəticələrini tanımır", - bəyanatda vurğulanır.

Həmçinin bildirilib ki, təşkilat bu həssas məsələ ilə bağlı Avropa İttifaqının kəskin mövqeyini paylaşır.

Sonda isə MDİ-nin münaqişənin tez bir zamanda sülh yolu ilə dayanıqlı həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun səylərinə dəstəyi vurğulanır və tərəflərə regionda təhlükəsizliyi bərpa etmək naminə prosesə daha konstruktiv yanaşma nümayiş etdirməyə çağırış edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam